BMT Qəddafidən narahatdır

BMT Muammər Qəddafinin oğlu daxil olmaqla, 9 liviyalı barəsində edam cəzası çıxarılmasından dərin narahatlığını ifadə edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, BMT və bir sıra insan haqları təşkilatları Tripolidə keçirilmiş məhkəmə prosesinin beynəlxalq standartlara uyğun olmadığını bəyan ediblər.

Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafi və daha 8 nəfər 2011-ci ildə Liviyada üsyanın yatırılması ilə əlaqədar müxtəlif cinayətlərdə ittiham olunurlar.

S.Qəddafinin Liviya hökumətinə tabel olmayan silahlı qruplardan biri tərəfindən ölkənin Zintan bölgəsində saxladığından, onun haqqında hökm qiyabi verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar