İrandan azərbaycanlılarla bağlı qərar

Rəsmi Tehran daha 60 ölkə ilə vizalarla bağlı qaydanı dəyişməyi planlaşdırır

İran İslam respublikası 7 ölkənin vətəndaşları üçün vizaları ləğv edib. Anspress-in məlumatına görə, bu barədə Kayhan qəzeti xəbər verir.

Qəzetin yazdığına görə, rəsmi Tehran bu qərarı ölkədə tursit sənayesini stimullaşdırmaq məqsədilə verib.

"Bundan sonra Türkiyə, Azərbaycan, Gürcüstan, Boliviya, Misir və Suriyadan olan tursitlər İranda vizasız səyahət edə biləcəklər", deyə xəbərdə qeyd olunur.

Təsdiq olunan yeni qərara əsasən yuxarıda sadalanan ölkələrin vətəndaşları 15 gündən 90 günədək İranda qala biləcəklər.

Bundan başqa İran ölkədə turizm sektorunu daha da inkişaf etdirmək məqsədilə daha 60 ölkənin vətəndaşları üçün vizaları ləğv etməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycandan İrana il ərzində 1 milyona yaxın turist gedir, onların çoxu Məşhəd, Təbriz, Ərdəbil və Tehran şəhərlərini ziyarət edir. Adətən qış ayları zamanı İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı azalmağa doğru gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar