NATO-dan Türkiyəyə böyük dəstək

Türkiyə silahlı qüvvələri çərşənbə axşamı günü kürd üsyançılarına qarşı yeni hücumlar təşkil edib.

NATO-nun Ankaranın Türkiyədə terrorizmə qarşı cavabına dəstək bildirməsindən bir neçə saat sonra F-16 tipli iki təyyarə ölkənin cənub-şərqində Kürdüstan Fəhlə partiyası PKK-nın mövqelərinə zərbələr endirib.

Suriyada İŞİD-a qarşı yeni hüucmların keçirildiyinə dair məlumat verilməyib. Əməliyyat şənbə günü PKK-ya qarşı hücumlarla paralel olaraq başlamışdı.

NATO-nun Brüsseldə keçirdiyi fövqəladə iclasdan sonra açıqladığı bəyanatda Türkiyəyə dəstək bildirilib. Bəyanatda alyansın təhlükəsizliyinin bölünməz olduğu deyilir və Türkiyə ilə güclü həmrəylik bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrin İŞİD yaraqlıları və İraqda PKK üsyançılarına qarşı kampaniyanı davam etdirdiyini bildirib.

“Terrorizmə qarşı mübarizədə geriyə addım atılmayacaq. Bu, eyni əzmlə davam etdiriləcək”-deyə cənab Ərdoğan Ankarada keçirilən mətbuat konfransında bildirib.

Birləşmiş Ştatlar İŞİD yaraqlılarının Suriyanın şimalından təmizlənməsi üçün Türkiyə ilə hücum planı üzərində birgə işlədiyini bəyan edib. Bununla Ankaranın regionda militantlara qarşı mübarizədə iştirakı güclənir.

ABŞ rəsmiləri bildiriblər ki, bunun məqsədi Türkiyə ilə Suriya sərhəddində İŞİD-dan azad zonanın yaradılmasından ibarətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar