Rusiya növbəti embarqoya hazırlaşır

Niderlanddan əldə olunan məhsulların infeksiyalı olduğu bildirilir.

Rusiya hökuməti Niderlanddan gül idxalına qarşı embarqo tədbiq etməyi nəzərdən keçirir. Belə bir addım iki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Anspress-in məumatına görə, 2014-cü il iyul ayında Ukrayna səmasında sərnişinlərnin əksəriyyəti Niderland vətəndaşı olan Malayziya məxsus təyyarənin vurulmasından sonra Rusiya ilə münasibətlər, istənilən halda, pisləşmişdi.

Lakin Moskvanın bu embarqosunu Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi sanksiyalarına cavab kimi şərh etmək olar.

Rusiyalı ekspertlər güllərin içində böcəklər aşkar etdiklərini və Niderlanddan əldə olunan məhsulların infeksiyalı olduğunu bildiriblər.

Onlar bu kimi sanitar təhlükəsizlik məsələləri əsas gətirərək avropalı rəsmiləri Niderlanda güllərin ixracına görə verilən sertifikatı yenidən nəzərdən keçirməyə çağırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar