MÜDAFİƏ NAZİRLİYİNİN YÜKSƏK VƏZİFƏLİ ZABİTLƏRİ HƏBS OLUNDU - Rəsmi açıqlama

Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər. Haqqin.az bu barədə etibarlı mənbələrə istinadən məlumat yayıb.

Daha sonra Səbail rayon məhkəməsi onların barəsində qarşı həbs qətimkan tədbiri tətbiq edib, sayt yazır. Baş hərbi müfəttişliyin əməkdaşları rüşvətxorluqda ittiham edilirlər.

Haqqin.az redaksiyasına saxlanılan yüksək vəzifəli zabitlərin adları məlumdur, amma dəfələrlə edilən müraciətlərə baxmayaraq Baş prokurorluq saxlanılan şəxslərin adını açıqlamayıb.

Həbslər barədə dövlət başçısı İlham Əliyevə məlumat verilib.

Yüksək vəzifəli şəxslərin cəlb edildiyi korrupsiya qalmaqalının araşdırılması ölkə prezidentinin şəxsi sərəncamı üzrə aparılır.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur.

O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib.

Lakin ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinin gözləntilərinin əksinə olaraq, hərbi idarənin əsas bölmələrindən birində neqativ halların qarşısı alınmayıb, əksinə, belə hallar daha da geniş miqyas alıb.

* * *

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albomAzərbaycan MN hərbçilərin həbs olunması barədə xəbərlərə aydınlıq gətirib.

Baş Hərbi İnspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə araşdırma aparılıb və toplanmış materiallar Baş Prokurorluğa göndərilib

“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildirir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin mətbuat xidmətindən deyilib ki, həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır: “Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın qeyd etdiyi kimi tutduğu vəzifədən, keçmiş xidmətlərindən asılı olmayaraq xidməti dövründə yol verdiyi qanun pozuntularına görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar