Depardye Ukraynaya buraxılmayacaq - 5 il müddətində

Ukrayna KİV-nin yaydığı xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 5 il müddətində Fransalı aktyor Jerar Depardyenin ölkə ərazisinə buraxılmasını qadağan edən qərar çıxardıb (İnterfaks.ru).

«UTX mədəniyyət nazirliyinin təqdimatı əsasında Depardyenin 5 il müddətinə ölkəyə daxil olmasını qadağan edən qərar qəbul edib» - deyə, çərşənbə axşamı Ukrayna Təhlükəsizlik Xidmətinin spikeri Yelena Gitlyanskaya «İnterfaks» agentliyinə bildirib.

Onun sözlərinə görə, artıq uyğun sənədlər məlumat bazasına daxil edilmək üçün xüsusi poçtla Ukrayna sərhəd xidmətinə göndərilib.

İyul ayında Depardyenin adı UTX-nin təqdim etdiyi və ölkənin təhlükəsizliyini təhdid altına ala biləcək mədəniyyət xadimlərinin siyahısına düşüb.

«Hardasa, iki həftə bundan əvvəl «Vidsiç» ictimai təşəbbüsü və bir sıra ictimai təşkilatlar mədəniyyət nazirliyinin qarşısında Rusiyadan və digər ölkələrdən olan, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasını dəstəkləyən çoxlu sayda aktyorların, rəssamların, yaradıcı xadimlərin əleyhinə piket keçirdilər. Onlar piketdən sonra bizə 500 nəfərin adı olan siyahı təqdim etdilər. Həmin siyahıda Depardyenin adı da gedir» - deyə, o vaxt Ukraynanın mədəniyyət naziri Vyaçeslav Kirilenko məsələyə aydınlıq gətirib.

Kirilenko daha sonra deyib: «Bu halda UTX Jerar Depardye tərəfindən ölkənin ərazi bütövlüyünə təhdidin olub-olmadığını öyrənməli və öz rəyini verməlidir. Məhz bundan sonra sanksiya redimi tətbiq oluna bilər».

Elə həmin vaxt Ukrayna mədəniyyət nazirliyində bəyan ediblər ki, Depardyenin iştirakıçı olduğu və əksəriyyəti klassik kinematoqraf nümunəsi sayılan filmlər ölkədə qadağan olunmayacaq.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar