Türk qırıcılarından müdhiş əməliyyat: 200 PKK terrorçusu öldürüldü

Təşkilatın liderlərindən Murad Karayılan son anda xilas olub

Türkiyə hərbi təyyarələrinin PKK terror təşkilatının mərkəzi sayılan Kandil dağını bombardman etməsi nəticəsində 200-ə yaxın terrorçu öldürülüb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, əməliyyatlar zamanı PKK-nın ana qərərgahının vurulduğu, terror təşkilatının liderlərindən hesab edilən Murad Karayılanın isə son anda canını qutardığı bildirilib.

Öldürülən 200 nəfər terroristin içərisində terror təşkilatının “Gabar” ləqəbli liderinin də olduğu bildirilib.

Qeyd edək ki, Türkiyə 5 artıq gündür Suriyada İŞİD-in düşərgələrini vurmaqla yanaşı, Şimali İraqda PKK-çılarla mübarizə aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar