“Rüstəm İbrahimbəyovun səhhətində problemlər yaranıb”

"Rüstəm İbrahimbəyov Londona gedə bilməsə də Cəmil Həsənli ilə görüşü mütləq baş tutacaq"

"El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun bu qurumun prezidentliyə vahid namizədi Cəmil Həsənli və İcra Aparatını rəhbəri Eldar Namazovla birlikdə Londona səfər etməkdən imtina etməsi ilə bağlı yayılan informasiyaları təkzib edib. Eldəniz Quliyev Avropa.info-ya açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov Londona gedə bilməsə də bu görüş mütləq baş tutacaq: "Belə məlumatı yayanlar qaşınmayan yerdən qan çıxartmağa çıxardırlar. Rüstəm müəllim işləri olduğu üçün Londona səfər edə bilməyib. Digər tərəfdən onun səhhətində problemlər yaranıb, böyrəyində daş var. Düşünürəm ki, bu görüş ya Moskvada, ya Bakıda mütləq olacaq. Çünki Cəmil Həsənli prezidentliyə vahid namizəddir. Biz istərdik ki, Rüstəm İbrahimbəyov Bakıya gəlsin, görüş də burada olsun. Azərbaycan hakimiyyəti Rüstəm müəllimin Bakıya gəlişini əngəlləməyə çalışır, cinayət işi açırlar. Hesab edirəm ki, bu Vətən Rüstəm müəllim kimilərindir, nəinki onun gəlişini əngəlləməyə çalışanların".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar