Son 3 ayda Bakıda 35 nəfəri gün vurub

“May ayından etibarən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı cəmi 35 nəfər müraciət edib. Onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib”.

Bunu APA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

R. Nağıyev bildirib ki, Azərbaycan paytaxtında havanın hərarətinin yüksəldiyi son günlərdə günvurma ilə bağlı cəmi 1 nəfər müraciət edib: “O da Maştağa qəsəbə sakini idi. Vəziyyəti orta-ağır olduğu üçün xəstəxanaya yerləşdirilib”.

Baş həkim qeyd edib ki, günvurma ilə bağlı müraciət edənlər əsasən, orta yaşlı insanlardır: “Müraciət edənlərin arasında bir neçə uşaq da var”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar