Taliban liderinin ölüm xəbəri yayıldı

Taliban lideri Molla Məhəmməd Ömər öldürülüb. Bu barədə Əfqanıstan hökumət qaynaqları məlumat yayıb.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, hökumət qaynaqları bu xəbəri yaysalar da, Taliban nümayəndələri məlumat barəsində heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, iki həftə əvvəl Taliban lideri Molla Məhəmməd Ömər Əfqanıstan hökuməti ilə barışığa dəstək verdiyini açıqlamışdı.

Molla Məhəmməd Ömər "İslam dini düşmənlərlə qarşılıqlı sülh əlaqələrinə qarşı deyil" deyə qeyd etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar