Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü

İyulun 25-26-da Gürcüstanın Batumi şəhərində keçirilən kungq-fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub.

80 kq çəkidə Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək finala çıxıb. O, finalda erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nokauta salıb.

B.Əliyev ATV.az-a açıqlamasında görüş haqda bunları bildirib: "Bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm".

Xatırladaq ki, Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar