"“Taliban” lideri Molla Ömər 2-3 il əvvəl ölüb" - Əfqanıstan hökuməti

Əfqanıstan rəsmiləri “Taliban” hərəkatının lideri Molla Məhəmməd Ömərin bir neçə il bundan öncə öldüyünü bəyan ediblər.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hökumət və kəşfiyyat strukturlarındakı mənbələr bildiriblər ki, qapalı həyat tərzi sürən Molla Ömər 2-3 il əvvəl vəfat edib.

Hələlik qarşı tərəf bu məlumatları şərh etmir. Bununla belə, “Taliban” nümayəndəsi BBC-yə açıqlamasında məsələ ilə bağlı yaxın vaxtlarda rəsmi bəyanatın veriləcəyini bildirib.

Xatırladaq ki, Molla Ömərin ölüm xəbərləri zaman-zaman yayılsa da, təsdiqini tapmayıb. Bu günlərdə yayılmış məlumat isə ilk dəfədir ki, Əfqanıstan hökuməti tərəfindən təsdiqlənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar