Platini prezidentliyə rəsmən namizəd oldu

Bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc edilib.

Avropa Futbol Assosiasiyalarının İttifaqının ( UEFA) prezidenti Mişel Platini Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının ( FİFA) prezidenti vəzifəsinə rəsmən namizəd oldu.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc edilib.

Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının ( FİFA) İcraiyyə Komitəsi özünün 20 iyul 2015-ci il tarixində baş tutan növbədənkənar iclasında qərara alıb ki, təşkilatın yeni prezidentinin seçkiləri 2016-cı il fevralın 26-da Sürixdə keçirilsin.

"Mən dünya futbolunun gələcəyini düşünərək, sizin mənə qarşı nümayiş etdirdiyiniz dəstək və hörməti rəhbər tutaraq bu qərarı verdim", - deyə Platini 209 ölkənin milli futbol qurumunun rəhbərlərinə ünvanlandığı məktubda bildirib.

Mişel Platini "yorulmadan futbol naminə çalışacağını" vəd edib. "Elə anlar olur ki, insanlar öz taleyini öz əllərinə götürməlidir, —deyə məktubda bildirilir. —Hal-hazırda mən FİFA-nın gələcəyini müəyyən edəcək belə anlardan birini yaşayıram".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar