Gürcüstan və Moldovanın Aİ ilə assosiasiya sazişini İspaniya ratifikasiya etdi

Xarici KİV-in yaydığı xəbərə görə, İspaniya Avropa İttifaqı (Aİ) ilə Gürcüsan və Moldovanın assisoiasiya sazişini ratifikasiya edib. Bu barədə İspaniya krallığı xarici işlər və əməkdaşlıq nazirliyinin yaydığı məlumatda xəbər verilir (TASS).

«Bu gün, iylun 28-də İspaniya Moldovanın Avropa İttifaqı ilə və Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişlərinin ratifikasiya sənədlərini Avropa İttifaqı Şurasının baş katibliyində yerləşdirib» - deyə, İspaniya xarici işlər nazirliyi xəbər verir və əlavə edir ki, parlamentdə təsdiqlənəndən sonra bu sənədləri kral VI Filipr imzalayıb.

Sözügedən sazişlər «iki ölkə ilə Avropa İttifaqı arasında münasibətlərin inkişaf etdirilməsi məsələsində açar elementdir və özündə amibisiyalı, tərəflərin hamısı üçün faydalı olacaq islahatlar proqramını əks etdirir. Bu sazişlər həm də hərtərəfli azad ticarət zonasının yaradılmasını, sonuncu isə həmin ölkələrin Avropa bazarlarına tədrici inteqrasiyasını nəzərdə tutur» - deyə, nazirlikdə qeyd ediblər.

Nazirlikdə xatırladıblar ki, sözügedən «sazişlər Avropa qonşuluq siyasətinin və onun «Şərq tərəfdaşlığı» proqramının bir hissəsidir».

«Şərq tərəfdaşlığı» - Avropa İttifaqının çoxtərəfli proqramıdır, 2008-ci ildə təsdiq olunub və 6 keçmiş SSRİ respublikası (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) ilə regional əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. Prqoqramın əsas «sponsor»ları isə Polşa, Baltikyanı ölkələr və İsveçdir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar