Penitensiar Xidmətin 4 əməkdaşı işdən çıxarılıb

Edliyye-Nazirliyi-yeni“Vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb, bu ilin 6 ayı ərzində xidmətin kobud qanun pozuntularına yol verən 142 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 əməkdaş ədliyyə orqanlarından xaric edilib”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu barədə xidmətin 2015-ci ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə bildirilib.

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 103 litr spirtli içki, 180 mobil telefon, 142 qram müxtəlif narkotik vasitə aşkarlanaraq, götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbir görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.

Müşavirəyə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev mövcud nöqsan və pozuntulara toxunaraq, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar