Türkiyə PKK-ya qarşı növbəti hava hücumu həyata keçirib

Türkiyə Kürd üsyançılarına qarşı hava hücumlarını davam etdirir. Baş nazirin ofisindən verilən məlumatda deyilir ki, parlament İslam Dövləti qrupuna qarşı keçirdiyi hərbi kampanya ilə bağlı növbədən kənar iclas keçirməyə hazırlaşır.

Hava hücumları Türkiyənin cənub-şərqində və İraqın şimalında PKK-ın altı mövqeyini hədəf alıb. Bəyanatda həmçinin deyilir ki, PKK, İslam Dövləti qrupu və digər militantlara qarşı keçirilən reydlər zamanı 1300-dən çox şübhəli saxlanılıb.

Parlament iclasından əvvəl kürd tərəfdarı Xalq Demokratik Partiyasının lideri Səlahəddin Dəmirtaş hücumların təcili dayandırılmasına çağırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorizmlə mübarizədə Türkiyə geri addım atmayacaq.

Onun çıxışı NATO-nun Türkiyədə baş verən terror hücumları ilə bağlı fövqəladə iclas keçirdiyi və bəyanat verdiyi eyni günə təsadüf edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar