PKK Bakı-Tbilisi-Ceyhanla hədələyir

Türkiyə hakimiyyəti bu gün ölkənin cənub-şərqində neft boru kəmərində baş vermiş güclü partlayışın nəticələrini aradan qaldırır, xəbəri “Azadlıq” radiosu yayıb.

Partlayış sərhəd Şırnak əyalətində Kərkük-Yumurtalık neft kəmərində baş verib. Bu boru kəməri ilə Şimali İraqdan Türkiyəyə neft daxil olur. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib, onlar baş vermiş güclü yanğını lokallaşdırmağa və neftin axmasının qarşısını almağa müvəffəq olublar.

Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Lakin Türkiyənin energetika naziri Taner Yıldız hesab edir ki, bu, kürd separatçılarının diversiyasıdır. “Separatçı terror təşkilatı ölkədə sabitliyin və milli təhlükəsizliyin pozulmasını hədəfə alıb”, deyə nazir bildirib.

Bir müddət əvvəl Türkiyənin İranla sərhəddə yerləşən Ağrı əyalətində Türkiyə-İran qaz kəməri partladılıb. Türkiyə hakimiyyəti bunun da kürd separatçıların işi olduğunu bildirib.

Kürdlərlə sülh ötən həftə Türkiyə aviasiyasının İraqın şimalında Kürdistan İşçi Partiyasının yeddi düşərgəsini bombardman etməsindən sonra pozulub.

Kürdlərin liderləri dəfələrlə strateji Bakı-Ceyhan neft kəmərini partlatmaqla hədələyiblər. Bir dəfə - 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana qarşı təcavüznün başlamasından bir gün əvvəl onlar buna müvəffəq olub.

Kürdlərin bazalarına aviazərbələrin, onların fəallarının kütləvi həbsinin və ABŞ-ın bu əməliyyatda iştirakının davam etməsi fonunda Bakı-Ceyhan üçün təhlükə həddindən artıq ciddi şəkil alır. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar