PKK-nın siyasi qanadı HDP bağlana bilər

Türkiyədə PKK-ya yaxınlığı ilə tanınan Xalqlarin Demokrat Partiyası (HDP) qapadıla bilər. Musavat.com-un məlumatına görə, bu barədə xəbər yayan haberler.com informasiya saytının məlumatında partiya ilə bağlı artıq təhqiqat aparıldığı deyilir. Partiya PKK terroruna dəstəkdə şübhəli bilinir.

Qeyd edək ki, bu ərəfədə prezident Rəcəb TayyibƏrdoğan HDP-ni “PKK-nın siyasi qanadı” adlandırıb və hazırkı şərtlərdə kürd məsələsi ilə bağlı nizamlama prosesini davam etdirməyin mümkünsüz olduğunu söyləyib.

Onun sözlərinə görə, partiyanı bağlamaq yaxşı hal olmasa da, HDP rəhbərliyi öz hərəkətlərinə görə cavab verməlidir. O, həmçinin, bu partiyadan olan deputatların toxunulmazlığının ləğvinin zəruriliyini vurğulayıb.

Öz növbəsində HDP sədri Səlahəddin Demirtaş dünən bəyan edib ki, partiyasından olan deputatların toxunulmazılığının ləğvi üçün parlamentə müraciət edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar