Dünya Bankı 2015-ci ilin neft proqnozunu artırıb

Dünya Bankı (DB) 2015-ci ildə orta illik neftin qiymətini 1 barelə görə 57 dollar səviyyəsində proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə bankın saytında dərc edilmiş "Xammallar üzrə qiymətlərin proqnozu" adlı hesabatda deyilir.

DB-nin aprel ayı üzrə proqnozunda bu göstərici 53 dollar təşkil edib.

Hesabatda deyilir ki, 2015-ci ilin lI rübündə enerjidaşıyıcıların qiymətinin 12 faiz artımı ilə əlaqədar proqnoza yenidən baxılıb.

Bununla belə, neftin qiymətlərinin artmasına rəğmən, ll rübdə digər xammalların qiymətləri aşağı düşüb. Belə ki, qaz 13 faiz, kömür isə 4 faiz ucuzlaşıb.

Bank, eyni zamanda, 2014-cü illə müqayisədə enerjidaşıyıcıların qiymətinin 39 faiz azalacağını gözləyir.

DB-nin aparıcı iqtisadçısı Con Baffes hesabatda bildirib ki, II rübdə neftə tələbat gözləntiləri üstələyib: "Buna baxmayaraq, OPEK ölkələrində böyük neft ehtiyatları və hasilatın artması yaxın vaxtlarda neftin qiymətinin yüksək olmamasına gətirib çıxaracaq".

Həmçinin qeyd edilir ki, İrana qarşı sanksiyaların ləğv edilməsi neftin qiymətinin azalmasına təsir edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar