«Orta perspektiv»də Krım Ukraynanın olacaq - XİN başçısı

Xarici KİV-in yaydığı xəbərə görə, Ukrayna Xarici işlər naziri Pavel Klimkin hesab edir ki, «orta müddətli perspektivdə» Krım yenidən Ukraynanın olacaq (Rosbalt).

«Mən tam əminəm ki, perspektivdə Krımın bugünkü statusu heç bir halda olduğu kimi saxlanmayacaq. Həm də mən uzun müddətli perspektiv üçün yox, orta müddətli perspektiv üçün deyirəm» - deyə, Klimkin «The New Times»-ə müsahibəsində qeyd edib.

2014-cü il martın 21-də Rusiya prezidenti Vladimir Putin, Krım yarımadasında martın 16-da keçirilmiş referendumun nəticələrinə əsasən Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında qanun imzalayıb. Kiyev həmin referendumun nəticələrini qəbul etməyib və Krımın Rusiya tərəfindən «müvəqqəti işğal»lı haqqında qanun qəbul edib. Qərb ölkələri də Rusiyanı Krımın ilhaqına və beynəlxalq hüququ pozduğuna görə günahlandırıb, ardınca isə ona qarşı sanksiyalar tətbiq edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar