Ermənilər cəbhədə özlərini belə ifşa etdi - VİDEO

Cəbhədə intensiv atəşkəs pozulması fonunda Azərbaycan hərbçiləri Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçan aparatı zərərsizləşdirblər. ANS TV-nin məlumatına görə, Müdafiə Nazirliyi aparatın vurulması ilə bağlı dəlil və sübutları da yayımlayıb. Bu son iki ayda düşmən ordusuna məxsus 4-cü pilotsuz təyyarədir.

Sonuncu təyyarə ilə bağlı apardığımız araşdırma isə olduqca maraqlı faktları üzə çıxarıb və Ermənistan ordusunun maddi texniki bazasının nədən ibarət olduğunu göstərmiş olur.

Cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı birləşmələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) zərərsizləşdirilib.

Uçan aparat bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib. Bu son bir ayda 4-cü oxşar faktdır.

Bundan əvvəl də hərbçilərin cəbhənin müxtəlif bölgələrində bu aparatları zərərsizləşdirə bilmişdilər.

Hərbi ekspertlərin qənaətincə bu apartların heç biri pilotsuz uçan aparatların imkanlarına malik deyillər. Onları pilotsuz aparat adlandırmaq düzgün hesab edilmir.

Onların uçuş hündürlüyü azdır, idarəetmə vaxtı məhduddur. Bu aparatlar enerji ilə çalışır. Başqa sözlə enerjisi tükəndiyi halda artıq aparat sənin deyil, o həmin andaca qarşı tərəfin nəzarət etdiyi əraziyə düşə bilər. Həmçinin idarə etmə sistemi də zəfidir. Belə aparatları kiçik çaplı silahlarla da asanlıqla vurmaq olar

Ermənilərin cəbhədə vurulan PUA-sı

Hərbi ekspert Rahib Qərib bildirir ki, bu aparatların uçuş imkanları zəifdir: "Ola bilər ki, həcmi bir az böyükdür, video çəkmə imkanları yaxşıdır. Sərgilərdə müşahidə etmişik, rahat almaq da olur, qiyməti 2500 dollardır".

Bu kuadrokopterləri onlayn surətdə internet üzərindən də sifariş verib əldə etmək olar. Məsələn, belə şirkətlərdən biri saytında istənilən modeli seçib münasib qiymətə almaq olar. Rus saytlarında belə apartların ən bahası 4000 dollara yaxındır. Lakin Azərbaycan qanunverciliyə görə bu aparatları ölkəyə keçirmək qadağandır, çünki təyinatı kəşfiyyat xaraterlidir.

Hərbdə az hallarda istifadə olunan bu apartlarla daha çox şəhər görüntüləri videokliplər, reklam rolikləri çəkmək olar. Dolayısı ilə bu Ermənistan silahlı qüvvələrinin imkanlarının göstəricisidir.

Pilotsuz aparatlar əsasən döyüş əməliyyatları üçün yəni hücüm üçün eyni zamanda kəşfiyyat xarakterli olur. Bu apartların bir növü Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi istehsal edir.

Azərbaycanda istehsal edilən kəşfiyyat xarakterli "Aerostar" pilotsuz uçuş aparatıdır. 50 kq çəki götürmək qabliəti olan bu pilotsuz aparatalar 12 saat havada qalır, 200 km artıq məsafədə uçur.

Onların üzlükləri xüsusi maddələrdən istifadə edilir ki, buna görə radiolokasiya stansiyaları bu aparatları müşahidə edə bilmir. Hazırda Azərbaycan Silahı Qüvvələrinin arsenalında bu pilotsuz apartlar var və kəşfiyyat uçuşları həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar