Çin gəmiləri Yaponiya sularına girdi

Yaponiya tərəfi onlardan dərhal ölkənin ərazi sularını tərk etməsini tələb edib

Yaponiya sahil mühafizə xidməti iyulun 29-da bildirib ki, iki Çin gözətçi gəmisi mübahisəli Senkaku adaları yaxınlığında Yaponiya ərazi sularına daxil olublar.

ANS PRESS-in Yaponiyanın Kiodo agentliyinə istinadən verdiyi xəbərə görə, bu cari il ərzində Çin gəmiləri artıq 21 dəfə Yaponiya ərazi sularında daxil olub.

Yaponiya sahil mühafizəsinin yaydığı məlumata görə, bu dəfə sərhədi "Haytszin-2037" və " Haytszin-2038" gözətçi gəmiləri pozub. Yaponiya tərəfi onlardan dərhal ölkənin ərazi sularını tərk etməsini tələb edib.

Lakin Çin gəmilərinin heyəti ərazinin Çinə məxsus olduğunu bildirib və qarşı tərəfə analoji tələb irəli sürüb.

Çin gözətçi gəmisi Yaponiya ərazi sularına daxil olarkən

Yaponiya və Çin arasında Şərqi Çin dənizində yerləşən mübahisəli arxipelaq ilə bağlı münasibətlər 2012-ci ildə gərginləşən zaman Yaponiya hökuməti yaponiyalı özəl mülkiyyətçidən Pekinin öz ərazisi hesab etdiyi 5 adadan üçünü satın alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar