Ərdogan Çinə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 29-da Pekində Çin prezidenti Xi Jinpinglə görüşüb.

Liderlər terrorçuluq və insan qaçaqçılığı ilə mübarizədə əməkdaşlığı möhkəmləndirmək qərarına gəliblər.

Son illər Çinin Sincan əyalətindən Türkiyəyə yüzlərlə, ola bilsin ki, minlərlə etnik uyğur gəlib.

Çin hakimiyyəti islamçı separatçıları əsasən uyğurların yaşadığı Sincan əyalətində gərginliyi qızışdırmaqda günahlandırır.

Öz növbəsində Türkiyə dəfələr uyğurların vəziyyətindən narahatlıq bildirib.

Məlumatlara görə səfər zamanı Türkiyənin Çindən 3,4 milyard dollarlıq hava hücumlarından müdafiə sistemi almaq planı da müzakirə olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar