Müxalifət partiyaları PKK və İŞİD tərəfindən həyata keçirildiyi iddia edilən terror insidentlərinin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına dair vəsatət qaldırsa da, bu təklif qəbul olunmayıb.

Çıxış edən baş nazir müavini Bülənt Arınç bildirib ki, anti-terror əməliyyatları çərçivəsində iyulun 24-dən bəri saxlanılan 1061 şübhəlidən 545 nəfərin işi məhkəmələrə göndərilib, 31 nəfər barəsində İŞİD-lə əlaqələrin olması ittihamı ilə cinayət işi açılıb.

Bülənt Arınçdan HDP-yə sərt təpgiŞübhəlilələrdən 156 nəfəri sərbəst buraxılıb. Türkiyəli deputatlar hazırda yay tətilində olsalar da CHP-li 110 millət vəkilinin ünvanladığı petisiyadan sonra ölkədə yaşanan gərginliklə bağlı fövqəladə iclasın keçirilməsinə qərar verilib.

Bu arada Türkiyə Baş Nazirliyi Türkiyə sərhədlərində və Şimali İraqda İŞİD, PKK və DHKP-C terror təşkilatlarına qarşı keçirilən son əməliyyatlar barədə məlumat yayıb.

Məlumata görə, iyulun 28 və 29-da Türkiyə Hərbi Hava Qüvvələri şəhid olmuş mayor Arslan Kulaksızın adına olan əməliyyat nəticəsində Şimali İraqda PKK-ya məxsus Zap, Hakürk, Qəndil və digər düşərgələri məhv edib.

PKK, İŞİD və DHKPC-lə bağlı ölkə daxilində aparılan reydlər nəticəsində saxlanılan şübhəlilərin sayı 1309 nəfəri ötüb.