Diplomatik korpus Ramiz Mehdiyevi boykot edib

Dərc olunub: 21/01/2014 - 10:35

Ramiz MPA rəhbərinin seçkidən sonra konfidensial danışıqları açıqlaması onun təcrid edilməsinə səbəb olub

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus tərəfindən boykot olunub. Bu barədə məlumat “Azadlıq”a diplomatik mənbələrdən sızıb. Məlumatda iddia edilir ki, diplomatik korpusun nümayəndələri hakimiyyət təmsilçiləri ilə görüşlər keçirərkən Ramiz Mehdiyevin orda olmasını istəmirlər. Onun özü ilə görüşlər isə ümumiyyətlə müzakirə mövzusu ola bilməz.

Məlumata görə, Ramiz Mehdiyevə bu münasibətin kökündə seçkidən sonra ABŞ əleyhinə verdiyi açıqlamadır. Yada salaq ki, Ramiz Mehdiyev seçkidən sonra mətbuata verdiyi müsahibədə ABŞ-ı hakimiyyəti seçkini saxtalaşdırmağa təhirk etməkdə suçlamışdı. PA rəhbəri iddia etmişdi ki, hakimiyyətə Ilham Əliyevə 75, Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə 24-25 faiz səs yazmaq təklif olunub. ABŞ səfirliyi Ramiz Mehdiyevin bu fikirlərini təkzib etsə də, sonradan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov təklifin konkret olaraq Riçard Morninqstardan gəldiyini bəyan etmişdi.








loading...


Fikrinizi bildirin