Alimentə görə məhkəmədə özünü bıçaqladı
Baxiş sayı:
Dərc olunub:
30/07/2015 - 10:13
Azərbaycanın Göygöl rayon sakini özünü bıçaqlayıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl rayon Məhkəməsində qeydə alınıb. Rayonun Çaykənd kənd sakini, 1991-ci il təvəllüdlü Məhəbbət Uğurliyev Göygöl rayon Məhkəməsinin icra qrupuna çağırılaraq, 700 manat aliment borcu olduğu və pulu ödəmədiyi təqdirdə barəsində hüquqi tədbir görüləcəyi bildirilib. Bu zaman M. Uğurliyev bıçaqla özünə xəsarət yetirib. Qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən M. Uğurliyevin vəziyyətinin orta ağır olduğu bildirilir
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.