Gömrük Komitəsi heroin qaçaqmalçılığı haqda: "Qarşısı həmişə alınıb..."

“Bu, 1990-cı ildən sonra Rumıniyada müsadirə edilən ən iri heroin partiyasıdır”.

Rumıniya hüquq-mühafizə orqanı əməkdaşları 333 kq-dan ibarət rekord heroin partiyasını müsadirə ediblər.

Oxu.Az xəbər verir ki, TASS bu barədə Mütəşəkkil cinayətkarlıq və terrorizmin araşdırılması üzrə İdarəyə (DIICOT) və rumın polisinə istinadən xəbər verir.

“Bu, 1990-cı ildən sonra Rumıniyada müsadirə edilən ən iri heroin partiyasıdır”, - İdarənin baş prokuroru Konstantin Xorodniçanu vurğulayıb və narkotikin bazar qiymətinin 40 milyon avro olduğunu əlavə edib.

Rumıniya polisinin mütəşəkkil cinayətlə mübarizə İdarəsinin direktoru Klaudiu Kukunun sözlərindən məlum olduğu kimi narkotikləri Rumıniyaya Azərbaycandan, daha sonra Ermənistan, Gürcüstan və Ukraynadan gətiriblər.

Heroin iki yük maşınının benzin çənlərində gizlədilib. Onlar çərşənbə axşamı rumın-macar sərhəddini keçməyə cəhd edərkən, Satu-Mar və Bistritsdə (Rumıniyanın şimalı) saxlanılıblar. Ağ toz ilə doldurulan bağlamalar xüsusi təlim keçmiş itlərin tapa bilməməsi üçün istiot və paprika bağlamaları ilə qarışdırılmış və ikiqat dibi olan benzin çənlərində gizlədilmişdi.

Daşımanı rumın-türk cinayətkar qrupu həyata keçirirdi, bu qrup 2011-ci ildən polisin nəzarəti altında idi. İki rumın və iki türk vətəndaşı saxlanılıb, daha yeddi nəfər dindirilir.

* * *

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) Rumıniyanın hüquq-mühafizə orqanlarının Azərbaycandan keçdiyi deyilən 333 kiloqram heroinin müsadirə olunması haqda yayılan xəbərlərə aydınlıq gətirib.

DGK-nin mətbuat xidmətindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan tərəfi qanunsuz narkotik qaçaqmalçılığının qarşısını həmişə alıb.

“Rumıniyaya Azərbaycandan keçməklə getdiyi deyilən 333 kiloqram heroinə gəlincə isə bildiririk ki, kütləvi informasiya vasitələri bu xəbərdə Azərbaycanın adını yanlışlıq ucbatından hallandırıblar. Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsinin rəsmi saytında (http://www.diicot.ro/index.php/arhiva/1533-comunicat-de-presa-29-07-2015) yerləşdirilmiş məlumatda Azərbaycan haqda heç bir söz yoxdur” - deyə DGK-dan bildirdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar