İranın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün layihəsi var

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Füzuli rayonuna səfər edərək Horadiz sərhəd keçid məntəqəsinə baxış keçirəcək. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün Qüds günü ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, Aslanduz-Horadiz sərhəd keçid məntəqəsinin açılması ilə bağlı Azərbaycan və İran tərəfində müsbət münasibət var və müzakirələr davam edir.

O deyib ki, Ramazan ayından sonra azərbaycanlı dostları ilə birgə Horadizə səfər edəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan səfir, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır: “Münaqişə uzun zamandır davam edir. Biz münaqişənin həlli üçün hazır olduğumuzu bəyan etmişik və bu məsələ ilə bağlı layihəmiz də var. Amma təbii ki, lazım olan zamanda biz bu layihəni açıqlayacağıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar