Aydın Bəşirovdan “gəmi oğurluğu” qalmaqalı ilə bağlı AÇIQLAMA

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Aydın Bəşirov Yaxt klubdan “Vətən” gəmisinin yoxa çıxması ilə bağlı xəbərə münasibət bildirib. A.Bəşirov Lent.az-a açıqlamasında bildirib ki, həmin gəmi artıq sahibinə qaytarılıb: “Bildiyimə görə, gəmi artıq sahibindədir. Digər deyilənlərə gəlincə, belə söz-söhbətlərə qulaq asmaq lazım deyil”. 

* * * 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Yaxt Klub rəhbərliyi ərazisindən katerin oğurlanması ilə bağlı

Xatırladaq ki, dünən Bakı bulvarından yaxta oğurlanması barədə xəbər yayılmışdı.

Xəbərdə bildirilirdi ki, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını deyib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.

Qeyd edək ki, xəbərdə həmçinin F.Abdullayevin biznesmen olduğu vurğulanırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar