Müxalifət partiyası YAP-ı qurultayına dəvət edib

Avqustun 1-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçiriləcək.

APA-nın məlumatına görə, partiyanın təşkilat komitəsi tərəfindən qurultaya qonaq qismində iştirak etmək üçün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov və Ədliyyə Nazirliyinin rəsmiləri dəvət olunub.

Qurultaya Azərbaycanda fəaliyyət göstərən digər müxalif partiyaların sədrləri ilə yanaşı, Türkiyədən də siyasətçilər dəvət edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar