Ərdoğandan ağır ittiham: "Qətliamın əsas günahkarıdır..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaş haqqında sərt fikirlər səsləndirib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Çinin paytaxtı Pekində jurnalistlərin suallarını cavablandıran Ərdoğan, Dəmirtaşın çıxışına münasibət bildirib. Türkiyə prezidenti HDP sədrinin “Suruc qətliamını “Saray”dakı xüsusi təyinatlı qrup etdi” ittihamını cavablandıraraq bildirib ki, bu, tərbiyəsizcə irəli sürülmüş ittihamdır: “O, üzərindəki qaranlıq buludları dağıtmağa çalışır. Prezident iqamətgahı çox yüksək məqamdır, bu səviyyəyə düşürüləcək bir yer deyil”.

Ərdoğan vurğulayıb ki, Dəmirtaş 6-7-8 oktyabr qətliamının əsas günahkarıdır: “Bu günə qədər toxunulmazlıq zirehi altındadır. Böyük qardaşı dağda yetişib və hələ də dağda olan biridir. Özü də fürsət düşən kimi yəqin ki, ora gedər. Zatən zaman-zaman təlimatları ordan alırlar”.

Türkiyə prezidenti HDP sədrini həddini bilməyə çağırıb: “Ağzından çıxanı qulağının eşitsin. Həddini bilsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar