Terrorçular dağdakı müxtəlif düşərgələrdə gizlənir

Terror təşkilatı olan PKK-ya qarşı Türk Silahlı Qüvvələrinin (TSK) hücumları davam etdirilir. TSK Şimali İraqdakı PKK düşərgələrinə qarşı ən əhatəli hava hüumunu həyata keçirib.

PKK-nın nəzarət etdiyi və əvvəldən təsbit edilən bütün nöqtələr sərrast hava hücumları ilə vurulub. Bildirilir ki, bombalanan onlarla nöqtədə 200-dən artıq terrorçu ölüb.

Həmçinin, qeyd edilir ki, PKK hava əməliyyatlarından qorunmaq üçün iki mərhələli plan tətbiq edir. İlk mərhələdə hava əməliyyatları ehtimalının artdığı dövrlərdə təşkilat üzvləri Diyarbakır, Malatya kimi bölgələrdən qalxan F-16 döyüş təyyarələrinə dair məlumatları Şimali İraqdakı təşkilat vahidlərinə çatdırılır.

Təyyarələr PKK-nın nəzarət etdiyi bölgəyə girdiyi andan etibarən təşkilat üzvləri bu məlumatı təşkilat nöqtələrinə çatdırır. Həmçinin, qeyd edilir ki, PKK-nın bu bölgədəki əsl hakimiyyəti İraq sərhədi içində dağınıq olan irili-xırdalı kiçik düşərgələr üzərindən təmin edilir. Terrorçuların böyük əksəriyyəti dağdakı müxtəlif düşərgələrdə gizlənir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar