ABŞ və Avropa ölkələrinə qarşı yeni terror aktları planlaşdırılır

Amerika Birləşmiş Ştatları “Əl-Qaidə” və “İslam dövləti” terror təşkilatları daxil olmaqla, digər ekstremist qruplaşmaların ABŞ və Avropa ölkələrinə qarşı yeni terror aktları planlaşdırdığı barədə məlumat əldə edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin qlobal terror təhlükəsi ilə bağlı yaydığı məlumatda deyilir.

“ABŞ və onun müttəfiqlərinin 2014-cü ilin avqustunda İraqda və Suriyada “İslam dövləti” terror təşkilatına qarşı hərbi-hava əməliyyatlarına başlayıb. Böyük ehtimal var ki, terror təşkilatları ABŞ, onun Avropadan olan müttəfiqləri və koalisiya üzvlərinə qarşı əks hücum təşkil edəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu hücumlar bütün dünyada, xüsusilə də Yaxın Şərq, Şimali Afrika, Avropa və Asiyada baş verə bilər. Ekstremistlərin adi silahla yanaşı kütləvi qırğın silahlarından istifadə edə biləcəyi də vurğulanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar