Zaqatalada baş verən atışma ilə bağlı rəsmi açıqlama

Azərbaycan Daxili İşlər Nazirliyi Zaqatalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirən rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

APA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı yaralanan A. Həzrəyev və hadisəni törədən S. Kərimov kriminal aləmlə əlaqələri olan şəxslərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar