“Sberbank”a silahlı hücum: iki nəfər ağır yaralanıb

Moskvanın cənub-qərbində silahlı insident baş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Sberbank”ın paytaxtın Mikluxo-Maklay küçəsində yerləşən ofisinə silahlı şəxslər hücum edib.

Nəticədə iki nəfər odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum şəxslər bankın giriş qapısında odlu silahdan atəş açıblar. Şahidlər bildiriblər ki, silah səsləri eşidilən kimi bankın əməkdaşları içəridən qapını bağlayıblar.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

İlkin məlumata görə, yaralanan şəxslər bankda külli miqdarda pulları olan müştərilərdir.

Polis hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb. Onların hadisə yerindən üç maşınla qaçdıqları məlum olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar