"Azərbaycan Kredit Bankı" qayıdır

Bu yaxınlarda fəaliyyətinə xitam verilmiş “Azərbaycan Kredit Bankı” ASC-nin tezliklə bank olmayan kredit təşkilatına (BOKT) transformasiya olunacağı gözlənilir.

Məlumatlı mənbələrdən bildirilib ki, hazırda bankda işini davam etdirən Ləğvetmə Komissiyası bu gün yeni qərar qəbul edib.

Məlumata görə, artıq Müşahidə Şurasının sədri Emil Rzayev, Müşahidə Şurasının üzvü Günəş Babayeva və İdarə Heyətinin sədri Cavid Zeynalov istefa ərizələrini Komissiyaya təqdim ediblər: "Rəhbərlikdə yer alan digər şəxslərin işdən azad edilməsinə də Komissiya qərar verəcək".

Qərara əsasən, “Azərbaycan Kredit Bankı” bundan sonra qeyri-bank təşkilatı kimi fəaliyyət göstərməsi üçün yaxın vaxtlarda Mərkəzi Banka müraciət edəcək: "Hələlik yaradılacaq BOKT-un adı məlum deyil".

Qeyd edək ki, “Azərbaycan Kredit Bankı” ASC 29 dekabr 2005-ci il tarixində Mərkəzi Bankdan aldığı lisenziya əsasında fəaliyyət göstərib və AMB-nin 10 iyul 2015-ci il tarixli qərarı ilə lisenziyası ləğv edilib. /"Report"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar