Almaniya müstəqil kürd dövlətinin qurulmasını istəmir

Almaniya Xarici İşlər Nazirliyinin müşaviri Sousan Çebli alman hökümətinin “müstəqil bir kürd dövlətinin qurulmasından yana olmadığını” bildirib.

Federal Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablayan S.Çebli “Almaniya hökuməti kürd dövlətinin qurulmasını dəstəkləyirmi” sualına mənfi cavab verib. S.Çəbli bu məsələdə Almaniya hökumətinin mövqeyinin dəyişmədiyini və kürd dövlətinin qurulmasını dəstəkləmədiyini birmənalı şəkildə vurğulayıb.

Bölgədə yeni sərhədlərin yaranmasına ehtiyac olmadığını deyən müşavir keçmişdə regionda yeni sərhədlərin cızılmasının müsbət nəticələrə yola açmadığını da dilə gətirib. S.Çebli kəskin qarşıdurmaların və böhranın yaşandığı bir bölgədə yeni sərhədlərin cızılmasının “bölgədə sülh yaratmaq” üçün yaxşı bir yol olmadığını vurğulayıb.

S.Çebli həmçinin Almaniya Xarici İşlər Nazirliyindəki siyasi bir təmsilçinin yaxın günlərdə Ankaraya ziyarət edəcəyini və Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri ilə aktual mövzuları müzakirə edəcəyini qeyd edib. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar