Azərbaycanın xalq artisti vəfat edib

Azərbaycanın xalq artisti Sofiya Hüseynova vəfat edib. Mərhum aktrisanın oğlu, xalq artisti Rafael Dadaşov APA-ya bildirib ki, anası bu gün günorta saatlarında dünyasını dəyişib.

R. Dadaşovun sözlərinə görə, S. Hüseynova uzun müddət xəstə olub: “Ürək xəstəliyindən əziyyət çəkirdi. Həm də başqa xəstəlikləri də var idi”.

Qeyd edək ki, S. Hüseynova 1926-cı ildə Bakıda doğulub. Onun anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. S. Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Aktrisa 1 iyun 1974-cü ildə əməkdar artist, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.

Onu da qeyd edək ki, S. Hüseynova Azərbaycanın xalq artisti Məlik Dadaşovun həyat yoldaşı olub.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar