PKK terrorçuları Qarsda yük qatarını partlatmağa cəhd ediblər

pkk-qarabagBu gün Türkiyənin Ərzurum şəhərindən Qarsa gedən yük qatarı Köhnə Soğanlı stansiyasına girən zaman PKK terrorçuları tərəfindən relslərə qoyulan bomba işə düşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış qatar stansiyadan keçdikdən sonra baş verdiyindən vaqonlara ciddi ziyan dəyməyib.

Lakin dəmiryol xətti sıradan çıxıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar