Cəmil Həsənlinin azyaşlı nəvəsini Baş Prokurorluğa çağırdılar

Milli Şuranın sədri Cəmil Həsənlinin 12 yaşlı nəvəsini Baş Prokurorluğa – Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırıblar.

Bu barədə C.Həsənli öz facebook səhifəsində yazıb.

Məlumatda deyilir ki, təxminən bir saat əvvəl prokurorluq işçilərinin formasında olan bir nəfər C.Həsənlinin yaşadığı mənzilə gəlib və çağırış vərəqini təqdim edib. Çağırış vərəqində bildirilib ki, müxalifət liderinin nəvəsi Aytən Məmmədova sabah saat 16.00-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində olmalıdır.

Çağırış vərəqini idarənin rəis müavini Pərviz Mansur oğlu İbayev imzalayıb.

“Mən dedim ki, Aytən hələ yetkinlik yaşına çatmayıb və izahat tələb etdim ki, onu hansı əsaslarla Baş Prokurorluğa çağırırlar? Çağırış vərəqini gətirən şəxs Pərviz İbayevlə əlaqə saxladı və bundan sonra çağırış vərəqəsini geri götürdü”, - deyə C.Həsənli vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar