Müxalifət AŞPA məruzəçilərini boykot etdi

Müxalifət təmsilçiləri Aqramunt və Qrexin hökumətlə işbirliyində olduqlarını bildirərək, onlara etimad göstərmədiklərini bəyan ediblər

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Debone Qrex yanvarın 21-də Bakıda müxalifət təmsilçiləri ilə görüşüblər.

Görüşdə Milli Şuradan AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyası təşkilat komitəsinin (keçmiş ACP) sədri Sülhəddin Əkbər və ADP sədri Sərdar Cəlaloğlu ilə “ReAl” hərəkatının icraçı katibi Natiq Cəfərli iştirak ediblər.

Görüş barədə məlumat verən AXCP sədri bildirib ki, onlar müzakirə zamanı AŞPA məruzəçilərinin obyektiv olmadıqlarını, birmənalı şəkildə Azərbaycan hökumətinin müdafiəçisi kimi çıxış etdiklərini bir daha müəyyənləşdiriblər. Məruzəçilər 9 oktyabr prezident seçkilərindəki saxtakarlıq faktlarını görməzdən gəliblər, seçkinin nəticələrinə dair ATƏT DTİHB-in peşəkar müşahidə missiyasının hesabatına yox, Azərbaycan hökumətinin “kürü diplomatiyası” ilə cəlb etdiyi AŞPA müşahidəçilərinin rəyinə istinad ediblər. Məruzəçilər müxalifət təmsilçilərinin seçki saxtakarlığına dair göstərdikləri çoxsaylı faktları da nəzə almayıblar.

Buna görə də müxaliftə təmsilçiləri görüşü tərk ediblər və bəyanatla AŞPA məruzəçilərini boykot etdiklərini bildiriblər. Müxalifət təmsilçiləri Aqramunt və Qrexin məruzəçi kimi tərəfsiz olmadıqlarını, hökumətlə işbirliyində olduqlarını bildirərək, onlara etimad göstərmədiklərini bəyan edirlər. Bildirirlər ki, bu məruzəçilər tərəf tutduqları üçün obyektiv hesabat hazırlaya bilməzlər və onların hazırladıqları hesabaty qəbul olunmayacaq. Müxalifət təmsilçiləri AŞPA-nı Azərbaycan üzrə məruzəçilərini obyektiv və tərəfsiz üzvləri ilə əvəzləməyə çağırır və bəyan edirlər ki, Aqramunt və Qrex dəyişilməyəcəyi təqdirdə, ölkə müxalifəti AŞPA məruzəçiləri ilə əməkdaşlıq etməyəcək.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar