HDP-çilərə daha bir pis xəbər: 25 illik həbs...

Xalqların Demokratik Partiyasının bəzi millət vəkilləri barəsində Türkiyə Böyük Millət Məclisində müzakirələr aparılacaq.Axar.az xəbər verir ki, TBMM-yə adı göndərilən deputatlar arasında HDP-nin Şirnakdan olan millət vəkili Faysal Sarıyıldız da var.

Terror təşkilatı PKK-ya silah ötürməkdə ittiham edilən HDP-nin bəzi deputatları barəsində TBMM-nin qərar verməsi gözlənilir. Məclisdə səsvermə keçiriləcək. Əgər Sarıyıldızın əleyhinə səs sayı çox olarsa, onu 25 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Şanlıurfa Ceylanpınar Baş Prokurorluğu Sarıyıldızı PKK-ya silah və bombalar ötürməkdə ittiham edərək barəsində istintaq işi başladıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar