Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb – Rəsmi təkzib

Gürcüstan Avropa Birliyi Şurasının Rusiyaya qarşı elan elədiyi sanksiyalara qoşulmaqla bağlı hər hansı qərar qəbul eləməyib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

“Avropa Birliyi Şurası ötən ilin iyununda Ukraynadakı hadisələrlə bağlı Rusiyaya qarşı 12 növ sanksiya müəyyən edib. Ötən il iyunun 23-də Gürcüstan onlardan birinə - Sevastopol və Krımda hazırlanan məhsulların ixracı ilə bağlı sanksiyaya qoşulub. Bu il 19 iyulda həmin sanksiyalar avtomatik rejimdə daha bir il uzadılıb. Rəsmi Tiflis tərəfindən bununla bağlı hansısa yeni qərarlardan söhbət getmir” – qeyd edib hökumət rəsmisi.

Az öncə Avropa Birliyinin Rusiyaya qarşı elan elədiyi sanksiyalara Gürcüstanın da qoşulduğu haqda xəbər yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar