Britaniya hökumətindən Rusiyaya ağır ittihamlar

London polisi Aleksandr Litvinenkonun ölümündə Rusiya hakimiyyətinin əlinin olduğunu açıqlayıb. Bu barədə Bloomberg məlumat verib.

Məlumatda deyilir ki, Rusya rəhbərliyi hər hansı formada FTX-nin keçmiş əməkdaşının ölümündə günahkardır.

Skotland-Yardı təmsil edən hüquqşunas Riçard Xorvell bildirib ki, Rusiya hökuməti Litvinenkonun ölümünü arzulayıb və buna artıq şübhə yoxdur.

Xorvell Andrey Luqovoy və Dmitri Kovtunu adi qatil adlandırıb. Onun sözlərinə görə, bu iki şəxsi Böyük Britaniyada mühakimə etmək lazımdır. «Belə məhkəmənin ehtimalı azdır. Ona görə də biz artıq susmamalıyıq», - deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar