Krımın içməli su problemi kritik həddə yaxındır

Xarici KİV-in yaydığı xəbərə görə, Krım rus icmasının («Sobol») başçısı Vitali Xramov «Rosbalt»ın Moskva mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında deyib ki, yarımadanın içməli su ehtiyatı «kritik həddə qədər balanslaşıb». Onun sözlərinə görə, mövcud infrastruktur Krım iqlimi üçün səciyyəvi olan quraqlıq dövrünə hazır deyil (Rosbalt).

«İndiki ana, yarımadada içməli su ilə bağlı situasiya kritik həddə qədər balanslaşıb. Bu gün su var, yarım il yağıntı olmayacaq - məlum deyil ki, nə baş verəcək, artezian sistemi özünü necə aparacaq? Krımın şimalı və qərbi içməli sudan və artezian suyundan məhrum olsa, nə baş verəcək? Kurortlarımıza suyu avtosisternlərlə daşıyacağıq?» - deyə, Xramov qeyd edib.

O, həm də belə bir fikir səsləndirib ki, fəaliyyətdə olan regional hakimiyyət «bu problemdən öz yaxasını kənara çəkib» və vəziyyətin yaxşılaşdırılması üçün konkret işlər görmür. «Bu gün yarımada sakinləri «fəlakəti gözləmək» vəziyyətinə salınıb. Hər 10 il ərzində Krımda iki il nisbətən yağmurlu, iki il isə nisbətən quraqlıq keçir. Bizim bəxtimiz onda gətirib ki, Şimali Krım kanalı ilə su verilişini məhz yağıntılı dövrdə dayandırıblar. Bu da faktiki olaraq, Feodosiya və Kerçi xilas etməyə imkan yaradıb» - deyə, «Sobol»un başçısı əlavə edib.

Onun fikrincə, regional hakimiyyət strukturları mümkün olan hər şeylə məşğuldurlar, təkcə bölgənin problemlərinin həllindən başqa. Misal olaraq, o, Krasnoperekopsk və Armyanskda yerləşən və ekoloq-mütəxəssislərin xəbərdarlığına baxmayaraq, artezian suyu ilə işləyən kimya kombinatlarını göstərib: «Bu kombinatlar artezian suyu ilə işləyirlər, mən görmüşəm, elan olunub ki, burada 800 artezian quyusu qazılıb və gün ərzində bu quyulardan kombinatlara istehsalat məqsədilə su götürülür. Amma mütəxəssislər deyirlər ki, yer altında əmələ gələn su həcmlərindən artıq suyun götürülməsi, burada suyun duzlaşmasına gətirib çıxarır. Yevpatoriya kurortlarının su götürdüyü artezianların suyu artıq, yüngülcə duzludur» - deyə, Xramov xəbərdarlıq edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar