Ərdoğanın Putinə cavabı ağır oldu

Türkiyə "Türk axını" layihəsini dayandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə Reuters informasiya agentliyinə Türkiyə hökumətindəki mənbə məlumat verib.

Rusiya təbii qazının Ukraynadan yan keçməklə Avropaya çatdırılması planlaşdırılan "Türk axını" layihəsi ilə bağlı aparılan danışıqlarda heç bir irəliləyiş olmadığından layihənin və buna yönəlik görüşlərin dayandırılmasına qərar verilib.

Mənbə bildirib ki, Rusiyanın "Qazprom" şirkətinin Türkiyəyə nəql etdiyi təbii qazın qiymətində endirimlə bağlı razılıq da əldə olunmayıb. İki ölkə arasında "Türk axını" ilə bağlı yaranan problemlərin əsasında duran faktorlardan biri budur.

"Türk axını" layihəsinin xətirəsi

Türkiyənin enerji və təbii sərvətlər nazirliyində olan mənbə isə Habertürk-ə bildirib ki, Rusiya və Türkiyə arasında davam edən "Türk axını" layihəsi üzrə danışıqlarda heç cür razılıq əldə etmək mümkün olmayıb. Çünki tərəflər arasında rəsmilərin görüşləri dayandırılıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında layihə üzrə danışıqların nə vaxt bərpa ediləcəyi isə məlum deyil.

Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsinin dayandırılması barədə heç bir açıqlama verməyib.

Bir müddət əvvəl də Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız "Türk axını" ilə bağlı açıqlamasında Rusiyanın layihədə Türkiyəni sadəcə tranzit ölkə kimi görməkdə ittiham etmişdi.

"Bunun isə bizim üçün heç bir mənası yoxdur. Biz təbii qazın birgə çatdırılması sisteminin yaradılmasında maraqlıyıq. Bu məsələ ilə bağlı prinsipial razılaşma əldə olunmuşdu, lakin Rusiya geri çəkildi", - Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, "Türk axını" layihəsi həm Moskvanın, həm də Ankarının maraqlarına cavab verməlidir: "Bizim maraqlarımızı təhdid edən güzəştlərə getməyəcəyik. Problem təbii qazın güzəştlərlə verilməsi ilə həll oluna bilməz".

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız

"Türk axını" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar Rusiyanın "Cənub axını" layihəsiüzrə inşaat işlərinin dayandırılmasından sonra verilmişdi.

Rusiya prezidenti Vladimir Putin 2014-cü il dekabr ayında Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Putin Ukrayna böhranı ilə bağlı Avropa Birliyinin mövqeyinə görə Ankarada bəyan etmişdi ki, "Türk axını" layihəsi həyata keçiriləcək.

Vladimir Putin Ankarada səfərdə olarkən

Yunansıtan "Türk axını"na qoşulmaqda tərəddüd etsə də sonra Rusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzaladı.

Razılaşmasının əldə olunması üçün Putin Yunanıstanın baş naziri Aleksis Tsiprasla birbaşa danışıqlar aparmışdı.

"Türk axını" vasitəsilə bir il ərzində 60 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar