“Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” UEFA Avropa Liqası III tur ilk matçında Kipr klubu “Apollon”la qarşılaşıb. Təmsilçimiz ilk oyununu səfərdə keçirib.

İlk iki mərhələdə keçirdiyi səfər oyunlarında məğlub olan əyalət klubu adadan sərfəli nəticə ilə dönməyə çalışdı. Həm Tiflisdə “Dinamo”ya, həm də Belqradda “Çukariçki”yə minimal fərqlə yenilən, amma cavab oyununda bunun əvəzini çıxmağa nail olan Roman Qriqorçukun yetirmələri səfərdə ilk reytinq xalını əldə etməyi bacardı. Keçirdiyi 4 matçın 3-də qol sevinci yaşayan “qırmızı-qaralar” Kiprdə gözəl oyun nümayiş etdirdi. 14-cü dəqiqədə qapısında qol görən "Qəbələ" artırılmış dəqiqələrdə penaltidən hesabı bərabərləşdirib. Beliklə səfərdən sərfəli nəticə ilə dönüb.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

"Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan) - 1:1

Qol: Kolokoudias, 14 - Cavid Hüseynov, 90+4 (pen.)

Baş hakim: Sergey Boyko

Yan xətt hakimləri: Aleksandr Korniyko, Vladimir Volodin

Dördüncü hakim: Anatoli Abdula (hamısı Ukrayna)

UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya)

UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)

Larnaka. "Antonis Papadopulos" stadionu

“Apollon”: 83. Bruno Vale, 2. Elizio, 4. Freyro, 3. Nuno Lopez, 14. Ceyme, 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks, 26. Papulis Fotis, 17. Joao Pedro, 29. Georgias Kolokudias

Ehtiyat oyunçular: 23. İsli Xidi, 27. Anjelis Anjeli, 28. Marius Stilianu, 8. Farli, 42. Kristos Viler, 9. Türam, 19. Quye Avraam

Baş məşqçi: Pedro Emanuel

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 3. Stankoviç, 44. Rafael Santos, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vernidub, 21. Arif Daşdəmirov, 11. Asif Məmmədov, 7. Ermin Zek, 10. Dodo

Baş məşqçi: Roman Qriqorçuk

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar