Azərbaycanlı biznesmenin sevgilisinə hücum - VİDEO, FOTOLAR 18+

Hazırda Türkiyədə istirahətdə olan Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkovayaköpək balığına oxşar kiçik ölçülü dəniz heyvanı hücüm edib. ANS PRESS-in məlumatına görə, Voloçkova naməlum balığın dişləməsindən sonra həkimə müraciət edib. Fövqəladə hadisə körfəzlərdən birinə ekskursiya zamanı balerinanın açıq dənizdə üzdüyü zaman baş verib.

Voloçkova dərhal azərbaycanlı milyarder Telman İsmayılovun Antaliyadakı möhtəşəm beş ulduzlu “Mardan Palace” mehmanxanasının tibb məntəqəsinə çatdırılıb.

Anastasiya Voloçkova

Həkimlər onun sağ ayağında yaralar və sancmalar olduğundan ona infeksiyanın qarşısını almaq üçün lazımı iynələri vurub. Bununla belə bir neçə saat sonra balerina özünü daha pis hiss edib. Türk həkimlər məşhur rusa gəzintilərdən çəkinməyi məsləhət görüb və ona yataq rejimi məsələhət görüblər.

Balerina hadisədən sonra

“Xəstəxanada bizə bildirdilər ki, bu birinci belə hadisə deyil. Antalyanın sularında quduz böyük tısbağalar olur. Mən üzərkən hiss etdim ki, nəsə mənim ayağımı sancır. Mən o qədər güclü qorxdum ki. Axı o buraxmırdı… Mən şok keçirdim, bilmirdim nə edim. Bir təhər yaxtanın nərdivanına çatıb, yardıma çağırmağa başladım”, - deyə Voloçkova hadisəni yada salaraq bildirib.

Voloçkovanı şoka salan sançma

“İynələrdən çox qorxuram, buna görə iynə vurdurmaqdan imtina etdim. Nəticədə antibiotiklər mənə təyin etdilər. Onlardan da mən daim yatmaq istəyirəm", - Voloçkova qeyd edib.

İndi hadisədən sonra aktrisa mümkün hücumu gözləyərək dənizə girməyə qorxmağa başlayıb.

Anastasiya Voloçkova azərbaycanlı biznesmen Bəxtiyar Səlimovla öz sevgi romanları ilə gündəmdə olub. Bu yaxınlarda Bəxtiyar Səlimovdan ayrılan Anastasiya qısa müddətdə özünə yeni sevgili tapıb. Bakıda anadan olan 47 yaşlı iş adamı Bəxtiyar Səlimov bir necə il Voloçkova ilə sevgili olub.

Voloçkova azərbaycanlı biznesmen Bəxtiyar Səlimovla

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar