Qəza törədən avtobus sürücüsü hadisə yerindən qaçdı - FOTO

Ötən gecə paytaxtın Binəqədi rayonunda sürücünün yaralanması ilə nəticələnən qəza baş verib.

APA TV-nin məlumatına görə, qəza Biləcəri qəsəbəsi, Xurşidbanu Natavan küçəsində qeydə alınıb. Hələlik kimliyi məlum olmayan "117" saylı marşrut avtobusunun sürücüsü qəfil idarəetməni itirib və "İsuzu" markalı nəqliyyat vasitəsini yol kənarındakı ağaclığa çırpıb.

Qəza nəticəsində sürücü avtobusun alın şüşəsindən bayıra düşüb. Yaralanan sürücüyə ətrafdakılar yardım göstəriblər. Daha sonra o, yenidən avtobusun sükanı arxasına keçərək yaralı vəziyyətdə naməlum istiqamətə gedib.

Qeyd edək ki, xoşbəxtlikdən qəza zamanı avtobusda sərnişin olmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar