Türkiyədən yenə də qara xəbər: 2 şəhid

Adana vilayəti Pozantı rayonunun polis bölməsi terrorçuların hücumuna məruz qalıb.

Türkiyədə PKK terrorçularının törətdiyi növbbəti terror hadisəsinin qurbanı 2 polis əməkdaşı olub. Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Adana vilayəti Pozantı rayonunun polis bölməsi PKK terrorçularının hücumuna məruz qalıb. Bir qrup terrorçunun hücumu ilə tərəflər arasında atışma baş verib. Atışma zamanı 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib. Hücumu törədən terrorçuların ələ keçirilməsi üçün bölgədə əməliyyatlar başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar